Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı ağacəkmə aksiyası keçirilib
BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) töhfə verilməsi, Azərbaycan Respublikasında 2024-cü ilin
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli
gələn məsələlərin icrası, o cümlədən 22 noyabr ədliyyə işçilərinin peşə bayramı
gününün qeyd edilməsi məqsədi ilə 19.11.2024-cü il tarixdə Xaçmaz regional
ədliyyə idarəsinin təşkilatçılığı ilə Xaçmaz rayon İcra Hakimiyyətinin rəhbərliyinin
və əməkdaşlarının, idarənin ərazi yurisdiksiyasına aid olan yerli ədliyyə
qurumlarının əməkdaşlarının, həmçinin Xaçmaz rayonu üzrə bələdiyyələrin birgə
iştirakı ilə ağacəkmə aksiyası təşkil edilmişdir.
Aksiya zamanı Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində müxtəlif növ dekarativ ağaclar əkilərək ərazidə olan mövcud yaşıllıqlara qulluq göstərilmiş, yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.
Xaçmaz regional ədliyyə idarəsi
Rəylər
0 Rəy